22.6 C
Bakı
29 İyun 2026 10:44
Sağlamlıq

Hansı vitamin çatışmazlığından əziyyət çəkirsiniz?

Hər bir vitamin çatışmazlığının özünəməxsus əlamətləri var. Vitamin çatışmazlığı orqanizmdə bir çox problemlər yaradır.

 

Əlamətlərinə əsasən, hansı vitamin çatışmazlığından əziyyət çəkdiyinizi təxmini müəyyən edə bilərsiniz.

 

– Uzunmüddətli yorğunluq, zehnin bulanıqlığı və fiziki koordinasiyanın pozulması – B1, B12 vitamini çatışmazlığı;

 

– Dəri xəstəlikləri və sinir sistemi pozuntuları, eləcə də dodaq və dildə çatların əmələ gəlməsi – B6 vitamini çatışmazlığı;

 

– Qan azlığı – Fol turşusu, B12 vitamini və ya dəmir çatışmazlığı;

 

– Saç və dırnaq problemləri – H vitamini (biotin) və B7 vitamini çatışmazlığı;

 

– Görmə problemləri – A vitamini çatışmazlığı;

 

– Sümük ağrıları – D vitamini çatışmazlığı;

 

Qeyd edək ki, dəqiq nəticə üçün həkimə müraciət edib testlərdən keçmək vacibdir. Özbaşına vitamin əlavəsi almaq tövsiyə edilmir.

Tacxeber.com

Oxşar xəbərlər

Amerikalı onkoloq xərçənglə bağlı HƏR ŞEYİ AÇDI: bu xəstəliyə tutulmaq istəmirsinizsə…

redaktor

Bahalı Hövsan soğanı: Sağlamlıq üçün dəyərmi?

redaktor

“Dubay şokoladı” barədə XƏBƏRDARLIQ – 3 gün ömrü olan bu qida haqqında nələri bilmirik?

redaktor