17 C
Bakı
09 Oktyabr 2026 11:38
DünyaHadisəSiyasət

Gecə saatlarında şiddətli atışma başladı: çox sayda ölü var – İRANDA NƏ BAŞ VERİR ?

“Ceyş əl-Ədl” silahlı qruplaşması İslam İnqilabı Keşikçiləri Korpusunun Raskdakı silah anbarlarını ələ keçirib.

 

Tacxeber.com “Azad İran” telegram kanalına istinadən xəbər verir ki, “Ceyş əl-Ədl” silahlı təşkilatı Raskdakı SEPAH-ın silah anbarını ələ keçirdiyini açıqlayıb.

Həmçinin Çabahar xəstəxanasında onlarla hərbi xidmətçiyə “Ceyş əl-Ədl” qruplaşması tərəfindən hücum edilib. Bu barədə silahlı qruplaşma özü məlumat yayıb.

Hərbi qərargaha kömək üçün göndərilən hərbi qüvvələr yolun ortasında silahlı şəxslər tərəfindən hədəfə alınıb.

 

“Ceyş əl-Ədl” təşkilatı açıqlamasında həmçinin bildirib ki, onlarla hərbçi Çabahar xəstəxanası yaxınlığında əvvəlcədən qurulmuş pusquya düşərək ölüb.

Qeyd olunur ki, Çabahardakı qarşıdurma həmçinin bu şəhərdəki SEPAH qərargahına qədər uzanıb və intensiv atışmalar davam edir.

Tacxeber.com

Oxşar xəbərlər

2006-cı ildə qızıl medala layiq görülmüş Orca adlı yardımçı it

admin

Bir qızın azadlıq arzusu necə ölüm hökmünə çevrildi?

redaktor

Rusiyadan dəhşət xəbərləri:Sibirdə nə baş verir?

redaktor