

Ali Məhkəmədə Ukraynada tutularaq Azərbaycana gətirilən Maqsud Mahmudovla bağlı qərar qəbul olunub.
Hakim İlqar Qılıcovun sədrliyi ilə keçirilən məhkəmə iclasında apellyasiya məhkəməsinin qərarından verilən kassasiya şikayəti təmin olunmayıb.
Qeyd edək ki, o, Bakı Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 14 il müddətinə azadlıqdan məhrum edilib.
M.Mahmudov Daxili İşlər Nazirliyinin verdiyi beynəlxalq axtarış nəticəsində 2021-ci ilin iyul ayında Ukrayna ərazisində tutulub.
