Hadisə

Moskvada teraktı törədənlərin hamısı Rusiya vətəndaşıdır

“Krokus”da amansız terror aktı törətməkdə şübhəli bilinərək saxlanılanların hamısı Rusiya vətəndaşlarıdır.

 

Tacxeber.com xəbər verir ki, bu barədə Rusiyanın 112 Teleqram kanalı öz mənbəsinə istinadən məlumat dərc edib.

 

“Qonşu ölkələrdən gələnlər ölkəmizdə o qədər qalıb ki, vətəndaşlıq ala biliblər. İndi müvafiq orqanlar bu sənədlərin qanuni olub-olmadığını yoxlayır”, – məlumatda bildirilib.

 

Qeyd edək ki, daha öncə bir sıra mənbələr terror aktı törətməkdə şübhəli bilinən Tacikistan vətəndaşlarının saxlanıldığı barədə məlumat yayıb. Lakin Tacikistan bu məlumatı faktla təkzib edib.

Tacxeber.com

 

Oxşar xəbərlər

Fatimə Mövlamlı: “Yazıma görə ailəmlə görüşlərimi ləğv edəcəklər”

admin

Giləzi-Quşçuluq”da 400 tondan artıq yararsız toyuq əti: direktor həbs edilib

admin

Netanyahu Fələstin pankartlarına görə “Qalatasaray”dan UEFA-ya şikayət edib?

admin