24 C
Bakı
22 Avqust 2026 08:08
Dünya

Putin yenidən prezident seçildi – 87 faiz

Rusiyada keçirilən prezident seçkilərində təşkil olunan “exit-poll” nəticələri açıqlanıb.

 

Tacxeber.comxəbər verir ki, VTsIOM və FOM şirkətləri “exit-poll” keçirib.

 

Nəticələrə görə, namizədliyi özü tərəfindən irəli sürülən Vladimir Putin 87%-dən çox səs toplayıb.

 

Digər namizədlərdən Nikolay Xaritonov (Rusiya Federasiyası Kommunist Partiyası) – 4,6%, Leonid Slutski (LDPR) – 3,0%, Vladislav Davankov (Yeni insanlar) –  2,5% səs qazanıb.

 

Rusiya Mərkəzi Seçki Komissiyası bülletenlərin 24,4%-nin ilkin hesablamasından sonra bildirib ki, Vladimir Putin 87,97% səslə qalibdir.

 

Bu nəticələrə əsasən Putin yenidən Rusiyanın prezidenti seçilib.

Tacxeber.com

Oxşar xəbərlər

Qara dənizdə 10 Azərbaycan vətəndaşını daşıyan gəmiyə dron hücumu edilib

redaktor

Türk Dövlətləri Təşkilatı (TDT) məkanında ticarət, iqtisadi əlaqələr dinamikasi necə dəyişir?

redaktor

Talibanın hakimiyyətdə 5 ili: Qələbədən təcridə gedən yol

redaktor