25.3 C
Bakı
13 İyun 2026 11:54
Dünya

Nazir ögey oğluna görə vəzifəsindən istefa verdi

Estoniyanın ədliyyə naziri Kalle Laanet korrupsiya qalmaqalına  görə istefa verib.

 

Tacxeber.comxəbər verir ki, bu barədə Estoniya dövlət televiziya və radio yayımı portalı ERR məlumat yayıb.

 

Bu hadisəyə səbəb Laanet nazir vəzifəsində olarkən dövlətin puluna ögey oğlunun şirkətindən Tallinndə mənzil kirayələyib. Nazirlik dövründə dövlət onun 12.000 avrodan çox kirayə haqqını ödəyib.

 

Estoniyanın Korrupsiyaya Qarşı Mübarizə Qanununa əsasən, məmurlara onlarla əlaqəli şəxslərlə bağlı qərar qəbul etmək və ya hərəkət etmək qadağandır. Bu kontekstdə ögey oğlu (həyat yoldaşının oğlu) qohumları da nəzərdə tutulur.

Tacxeber.com

Oxşar xəbərlər

İndi də meymun virusu YAYILIR – Azərbaycana gələ BİLƏR?

redaktor

Putinin Cənubi Krım sahilində sarayının olduğu üzə çıxıb

admin

Trampın sosial şəbəkəsi debatdan sonra dəyər itirdi

admin