27 C
Bakı
20 Avqust 2026 21:10
Cəmiyyət

Zərərdə olan Mehdiyevlər 5 milyon borc axtarır

“Bank BTB” ASC 5 milyon manat borc cəlb edir.

 

Tacxeber.com xəbər verir ki, bank hər birinin nominal dəyəri 1000 manat olan 5 000 ədəd adi, adlı, sənədsiz səhmlər emissiya edir.

 

Bankın 2023-cü il üzrə audit olunmamış hesabatına əsasən aktivləri 369 mln 155 min manat, öhdəlikləri 321 mln 791 min manatdır. Cəmi kapitalı isə 50 milyon həddindən aşağı – 47 mln 363 min manat təşkil edir. “Bank BTB” ASC ötən ili 2 mln 779 min manat xalis zərərlə başa vurub.

 

Xatırladaq ki, “Bank BTB”nin səhmlərinin 74,99%-i Nigar Mehdiyevaya, 19,01%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 6%-i isə Tükəzban Mahmudovaya məxsusdur.

 

Mətbuatda Nigar Mehdiyevanın Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin gəlini olduğu qeyd olunur.

Tacxeber.com

Oxşar xəbərlər

Qurucu nəsildən texniki nəsilə: İdeoloji istiqamətlər – Təhsil mühacirətinin 3 strateji və tarixi mərhələsi

redaktor

10 saylı CÇM-də məhkumun huşunu itirənədək döyüldüyü iddia olunur

admin

Reytinq naminə insan dərdinə dəyməyin!

redaktor