Dünya

Trampın gəlininə Respublikaçılar Partiyasında vəzifə verildi

 

Respublikaçıların Milli Komitəsinin üzvləri Hyustonda ABŞ-nin keçmiş prezidenti Donald Trampın gəlini Lara Trampın da daxil olduğu qurultayda partiyanın yeni rəhbərliyini seçiblər.

 

Tacxeber.com xəbər verir ki, bu barədə NBC televiziyası məlumat yayıb.

 

Komitə üzvləri yekdilliklə Şimali Karolinadan Respublikaçı Maykl Uetlini Respublikaçılar Milli Komitəsinin yeni sədri, Lara Trampı isə həmsədr seçiblər.

 

Telekanalın sözlərinə görə, bu partiyadaxili dəyişikliklər Donald Trampın əslində “Respublikaçılar Milli Komitəsini öz üzərinə götürdüyünü” göstərir.

Tacxeber.com

Oxşar xəbərlər

Alyaska görüşünə Ukrayna, AB və Britaniya dəvət almayıblar – bu da dəvət olunmayanları ciddi şəkildə narahat edir.

admin

Amerikalılar Maduronu necə ələ keçirdilər? (Daha yeni, xeyli dərin və dəqiq təfərrüatlar)

redaktor

Hyundai və Kia Rusiyada istehsalını bərpa edəcək

admin