29 C
Bakı
18 Avqust 2026 17:14
Mədəniyyət

Nüsrət Kəsəmənlinin həyat yoldaşı: “Öldüyünü iki gün sonra bildim…” – VİDEO

Mərhum şair Nüsrət Kəsəmənlinin həyat yoldaşı Rəhilə Kəsəmənli onun barəsində bəzi faktları açıqlayıb.

 

Tacxeber.com xəbər verir ki, “AStar” layihəsinə qonaq olan Rəhilə xanım ərinin ona son sözlərindən danışıb.

 

O bildirib ki, Nüsrət Kəsəmənlinin ölümünü iki gün sonra bilib. Şairin evinə sağ-salamat gəldiyini zənn etdiyi halda, onu tabutunda qarşılamalı olub:

 

“Təsəvvür edin ayın 15-də rəhmətə getmişdi. Mən iki gün sonra bilmişəm. Hətta mən səfirliyə də zəng etdim, dedim ki iki gündür məni Nüsrətlə görüşməyə qoymurlar. Dedilər ki, narahat olmayın. Biz sizi Azərbaycan yola salacağıq. Mən onu birdən-birə tabutda görəndə şoka düşdüm. Qıcolma vəziyyəti yarandı”.

 

Xatırladaq ki, XX əsr Azərbaycan ədəbiyyatının məhəbbət şairi kimi tanınan Nüsrət Kəsəmənli 1945-ci ildə dekabrın 29-da Ağstafada doğulub. O Azərbaycanda daha çox yazdığı sevgi şeirləri ilə tanınıb və bir çox mahnıların sözlərinin müəllifidir. Nüsrət Kəsəmənli 2003-cü ildə Təbrizdə dünyasını dəyişib.Musavat.com

Oxşar xəbərlər

92 yaşlı əfsanəvi fransız aktyor Pyer Rişarın uzunömürlülüyünün və xoşbəxtliyinin sirri

admin

Sənətkarı ələ öyrətmək sənətin ruhunu və azadlığını əlindən alır

redaktor

Rafiq Tağı və susan cəmiyyət

redaktor