
Britaniya kəşfiyyatı iddia edir ki, 2024-cü ilin fevralında Rusiyanın Ukraynada savaşan işğalçı ordusunun verdiyi itkilər günlük hesaba görə ən yüksək rəqəmə çatıb.
Tacxeber.comxəbər verir ki, bu barədə Böyük Britaniya Müdafiə Nazirliyi Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.
Məlumata görə, fevral ayında Rusiya işğalçı qüvvələri gündə orta hesabla 983 nəfər itirib. Britaniya kəşfiyyatı Rusiya Federasiyasının Ukraynadakı müharibə zamanı ölən və yaralılarının sayının 355 mindən çox olduğunu qeyd edib.

