
“Qarabağ”ın gənc üzvü Nəriman Axundzadə klubdan gedə bilər.
Tacxeber.com xəbər verir ki, Avropa Liqasının 1/16 finalında “Braqa”ya vurduğu qolla “köhlən atlar”ın qələbəsində əsas pay sahibi olan N.Axundzadəni “Başakşehir” kollektivi yaxından izləyir.
Yerli mediada yayılan məlumata görə, Türkiyə komandası 19 yaşlı futbolçu üçün ağdamlılarla danışıqlara başlamaq niyyətindədir. Lakin “Qarabağ”ın bu keçidə necə yanaşacağı isə hələ ki, məlum deyil.

