İdman

“Qarabağ” futbolçularına bu qədər mükafat verildi

«Qarabağ» ötən həftə tarixinin ən böyük uğurunu əldə edib. Ağdam təmsilçisi Avropa Liqasında pley-off səddini aşıb.

 

Burada «Braqa» ilə üz-üzə gələn «köhlən atlılar» Bakıda 2:3 hesabıyla uduzsa da, Portuqaliyada əldə etdiyi nəticəyə (4:2) görə 1/8 final mərhələsinə vəsiqə qazanıb.

 

Tacxeber.com sportinfo.az-a istinadən xəbər verir ki, şanlı zəfər klub rəhbərliyi tərəfindən qiymətləndirilib.

 

Əsas heyətdə meydana çıxan hər bir futbolçuya 50 min manat mükafat ödənilib.

 

Oyuna sonradan daxil olanlar bu məbləğin 75 faizini alıb. Ehtiyatda qalanlara 25 min manat verilib.

Tacxeber.com

Oxşar xəbərlər

“Yallı” oynaya bilməyənlər…

admin

Musa Qurbanlı yeni klubunun oyununu izlədi: “Yurqorden”in ən bahalı transferlərindən olacaq – FOTO

admin

ÇL-in oyunlarını göstərəcək kanallar.

admin