20 C
Bakı
10 Oktyabr 2026 17:13
İdmanMüsahibə

“Qarabağ” hörmət etdiyimiz rəqibdir” – “Braqa”nın baş məşqçisi

“Qarabağ” bizim hörmət etdiyimiz rəqibdir. Biz onları tanıyırıq və öyrənirik. Ona görə də bilirik ki, çox bacarıqlı komandadırlar. Hər il Avropa yarışlarında iştirak edirlər və öz ölkə çempionatlarında tam üstünlük təşkil edirlər. Qalib gəlməli və 2-ci oyun öncəsi vacib üstünlüyə nail olmalıyıq”.

 

Bu sözləri “Braqa”nın baş məşqçii Artur Jorje Avropa Liqasının pley-off mərhələsində “Qarabağ”la ilk oyun öncəsi keçirilən mətbuat konfransında deyib.

 

Mütəxəssis bildirib ki, onları rahat matç gözləmir: “Bu cür yarışlara öyrəşmiş və 1/8 finala yüksəlmək istəyən komanda ilə qarşılaşacağıq. Onlar bütün diqqətlərini bu oyuna cəmləyiblər, çünki daxili çempionatı rahatlıqla idarə edə bilirlər, ard-arda yeddi-səkkiz çempionluqları var.

 

Bizim tərəfimizdən asan olacağını düşünmək və özümüzə güvənmək edəcəyimiz ilk səhvdir. Futbolçularımın nəyə qadir olduğunu bilirəm və yanaşma ciddi və qələbə axtarışında olacaq”. (Qol)

 

Tacxeber.com

Oxşar xəbərlər

Əli öz sekundantına: “Mən heç vaxt ölümə bu qədər yaxın olmamışam”

admin

Elvin Bədəlov: “Mahir də qol vura bilmirsə, deməli…”

admin

Ronaldo yığmanın düşərgəsini tərk edib?

admin