Cəmiyyət

Rasim Balayev “Ştirlits”ə niyə qonaqlıq verib? – VİDEO

 

Çəkilişdən gəlirdim, yolüstü restorana getdim yemək yeyim, gördüm ki, Vyaçeslav Tixonov da buradadır. Mən də bilirdim ki, Nəsimi obrazını rus dilində o səsləndirib. İstədim ona təşəkkür edim. Ofisiantı çağırıb dedim ki, mənim adımdan o oturan masaya içki, meyvə filan apar”.

Tacxeber.com xəbər verir ki, sənətkar bu haqda jurnalist Vasif Ayanın “ Şəxsi əşyalar” verilişində danışıb.

 

Yeri gəlmişkən, xatırladaq ki, əfsanəvi aktyor, “Baharın 17 anı” filmində Ştirlits roluyla məşhurlaşmış Vyaçeslav Tixonovun bu gün doğum günüdür.

 

Filmdə debütünü institut illərində Sergey Gerasimovun “Gənc Qvardiya” filmindəki rolu ilə edib. Sovet dövrünün bir çox məşhur filmlərində çəkilib, amma onun filmdə ən böyük işi 1973-cü ildə çəkilmiş “Baharın 17 anı” filmindəki sovet kəşfiyyatçısı İsayev-Ştirlits rolu idi. Bu rol Tixonova çox böyük məşhurluq qazandırıb.

Tacxeber.com

Oxşar xəbərlər

“Qəbulu 140 manatdır, qızımı incidərək ağır sözlər deyib” – Məşhur psixoterapevtə ittihamlar

redaktor

“Lotu Quli” və Akif Çovdarovun vəkili “Azərbaycan Hava Yolları”nı məhkəməyə verdi

redaktor

“Qarabağdan qaçmamışam ki…” – Qondarma rejimin “Təhlükəsizlik Şurasının katibi”

admin