18 C
Bakı
11 Oktyabr 2026 00:35
GündəmKriminalQalmaqal

Adilə Mehdiyevanın ÖLÜM SƏBƏBİ: SƏS YAZISI…. – YENİ FAKTLAR

Xəbər verdiyimiz kimi, Polşada iki aylıq övladı ilə birgə itkin düşən azərbaycanlı qadının meyiti çayda aşkar edilib. İtkin düşmüş soydaşımız Adilə Mehdiyevanın cansız bədəni Oder çayından tapılıb. Mərhumun övladının taleyi ilə bağlı heç bir məlumat yoxdur.

 

Dedektiv Kşiştof Rutkovski və komandası bir aydan çox müddətdə Adilə Mehdiyeva və onun iki aylıq oğlu Emilin işi ilə bağlı araşdırma aparıb.

 

Dedektiv bu hadisədə bir sıra şübhəli məqamların olduğu qənaətindədir.

 

“Biz qadının övladı ilə birgə canına qəsd etdiyi qənaətindəyik. Ən çox ehtimal olunan variant budur. Ola bilsin ki, bu hadisənin baş verməsinə səbəb Azərbaycan vətəndaşının üzləşə biləcəyi şok olub. Qadının əri kameradakı görüntüləri izlədikdən sonra başına gələnləri ailəsinə danışıb. Təəssüf ki, polis bu səs yazısını ictimaiyyətə yaya bilmir. Çox güman, qadın depressiyaya düşüb və buna görə də, bu addımı atıb. O, həkimlərin və sosial xidmətlərin himayəsində olub, ancaq ona effektiv profilaktik kömək göstərilməyib”.

 

Detektiv bildirib ki, bütün istintaq dövrü ərzində onun komandası həm quruda, həm suda, həm də havadan əməliyyatlar aparıb.

 

Qeyd edək ki, yerli polisi hələ də hadisələrin son versiyasını açıqlamayıb.

 

Tacxeber.com

Oxşar xəbərlər

Pensiya kapitalın 5 faizi də belə gedir…

redaktor

Dövlət güzəşti ilə alınan 176 inəkdən 120-si fermada tapılmayıb, şirkətdən 392 min manat tutulacaq

admin

Bəs cəmiyyət niyə bu vəziyyətdədir?

redaktor