Hadisə

Bakıda iki erməni qardaş ələ keçdi – VİDEO

Xəbər verdiyimiz kimi, Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 12-ci Polis Şöbəsinin (PŞ) əməkdaşları tərəfindən son günlərdə keçirilən əməliyyatlar zamanı avtomobillərdən oğurluq edən əvvəllər məhkum olunmuş Səyyad Qənbərov, Ramana və Sabunçu qəsəbələrində 10-a yaxın evdən oğurluq edən Rövşən Cəfərov, Vüqar Sadıxov və Elçin Danilyan saxlanılıblar.

Əməliyyat zamanı saxlanılanlardan ikisi ermənidir və qardaşdırlar – 1966-cı il təvəllüdlü Rövşən Cəfərov və 1971-ci il təvəllüdlü Elçin Danilyan.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Ölkə.az-a bildirilib ki, erməni qardaşlar əvvəllər də oğurluq və digər cinayətlərə görə saxlanılıb:

“Belə ki, 2019-2020-ci illərdə Bakıda ev quşları oğurladıqları üçün saxlanılan erməni qardaşlar əməllərini etiraf edib”.

Məlumata görə, qardaşlar Sabirabad rayonunun sakinləridir. Rövşən evlənəndən sonra həyat yoldaşının soyadını götürüb. Sonradan cütlük boşansa da, həmin şəxs Cəfərov soyadını saxlayıb. Elçin isə Danilyan soyadını dəyişməyib.

 

Oxşar xəbərlər

Fatimə Mövlamlı: “Yazıma görə ailəmlə görüşlərimi ləğv edəcəklər”

admin

Giləzi-Quşçuluq”da 400 tondan artıq yararsız toyuq əti: direktor həbs edilib

admin

Netanyahu Fələstin pankartlarına görə “Qalatasaray”dan UEFA-ya şikayət edib?

admin