Dünya

Dünyada bir ilk: İnsan beyninə çip yerləşdirildi

 

İlon Maskın neyrotexnologiya şirkəti “Neuralink” ilk dəfə olaraq insan beyninə çip yerləşdirib.

Bu barədə Mask özünün “X” hesabında paylaşım edib.

“İlk şəxsə dünən “Neuralink”in çipi qoyuldu. Proses yaxşı gedir”, – deyə İ.Mask qeyd edib.
Sahibkar əlavə edib ki, “Neuralink”in ilk məhsulu “Telepatiya” adlanır. O, insana düşüncə gücü ilə telefonu və kompüteri idarə etməyə imkan verəcək.

“İlk istifadəçilər ətraflarına nəzarəti itirmiş insanlar olacaqlar. Təsəvvür edin ki, Stiven Hokinq sürətli makinaçıdan və ya auksionçudan daha tez özünü ifadə edə bilir. Məqsəd budur”, – deyə o sözlərinə əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Faiz qərarları niyə Azərbaycanda təsir etmir?

redaktor

“Rusiyada İranın reaktiv mərmiləri üzə çıxıb, əvəzində Tehranın sorğusu nə olub?” – ISW

admin

Müqəddəs bilib kondisionerin suyunu içdilər – Foto

redaktor