DünyaMuharibə

İranda 9 pakistanlı öldürüldü – Səfirdən çağırış

Pakistanın İrandakı səfiri Məhəmməd Müdəssir Tibu Sistan və Bəlucistan əyalətinin Sirkan şəhərində 9 Pakistan vətəndaşının öldürülməsini pisləyib.

 

Səfir bu barədə özünün X hesabında paylaşım edib.

 

O, hadisənin qorxunc olduğunu və bundan şoka düşdüyünü yazıb.

 

Səfir öldürülən pakistanlıların ailələrinə dəstək veriləcəyini deyib və İran hökumətini hadisənin dəqiq araşdırılması üçün İslamabadla əməkdaşlıq etməyə çağırıb.

 

Qeyd edək ki, Sistan və Bəlucistan əyalətinin Sirkan şəhərində naməlum şəxslərin sakinlərə açdıqları atəş nəticəsində 9 nəfər öldürülmüşdü.

 

Tacxeber.com

Oxşar xəbərlər

Süni intellekt insanlığın həyatı üçün təhlükəyə çevrilib

redaktor

Gürcüstan etdi, Azərbaycan niyə bacarmadı?

redaktor

Media orqanları Rusiyanın itkiləri ilə bağlı yeni məlumatlar açıqlayıb.Ölənlərin sayı 720 minə çatıb

redaktor