20 C
Bakı
10 Oktyabr 2026 01:10
Dünya

Səudiyyə Ərəbistanında ilk spirtli içki mağazası açılır

 

Səudiyyə Ərəbistanında alkoqollu içkilərin satıldığı ilk mağazanın açılması planlaşdırılır.

Tacxeber.com xəbər verir ki, bu barədə “Reuters” agentliyi məlumat yayıb.

Paytaxt Ər-Riyaddakı mağaza yalnız müsəlman olmayan diplomatlara xidmət göstərəcək: “Mağazaya baş çəkmək üçün diplomatlar xüsusi ərizədə qeydiyyatdan keçməli, Krallığın Xarici İşlər Nazirliyindən giriş kodu almalı və aylıq kvotalara əməl etməlidirlər”.

Qeyd edək ki, Səudiyyə Ərəbistanında həm ölkə vətəndaşları, həm də xarici vətəndaşlar tərəfindən spirtli içkilərin istifadəsi tamamilə qadağandır. Qanunun pozulması ölüm cəzası ilə nəticələnə bilər.

Tacxeber.com

Oxşar xəbərlər

Ruanda tribunalının prezidentinə Nobel Sülh mükafatı verildi

redaktor

Putin Moskvada eniş edə bilmir

redaktor

Hicab bu qədər yaxşıdırsa, niyə İran qadınları ona qarşı ayağa qalxdılar?

redaktor