Cəmiyyət

Ziya xoşbəxtliyin reseptini bölüşdü: “Başqalarına görə yaşamaq sizi…”

 

Təkcə filmləri deyil, həm də “İsgəndərə yeni namə” tamaşasında İsgəndər, “Mənəm mənəm”də isə Nəsimi kimi obrazları ilə məşhurlaşan aktyor Ziya Ağa xoşbəxtliyin sirrini bölüşüb.

Tacxeber.comxəbər verir ki, 32 yaşlı aktyor xoşbəxtliyi və rahatlığı həyatı istədiyimiz kimi yaşamaqda görür. O hesab edir ki, həyat başqalarının nə deyəcəyini düşünmək üçün çox qısadır.

“Yalnız başqalarının fikrini, düşüncəsini, çərçivəsini kənara qoyduğun zaman bütöv və tam xoşbəxtliyə çata bilərsən… Bu məqamı unutmayın… Başqalarını tətmin etmək, başqalarını razı salmaq, başqalarına görə yaşamaq sizi yalnız sınıq-salxaq xoşbəxtliyə çatdıra bilər…

Doğmalarınızın, sevdiklərinizin qədrini bilin və yalnız onları xoşbəxt etməyə çalışın və icazə verin onlar da sizi xoşbəxt etsin… Bundan savayı bu həyatı yaşamağın başqa tövr düsturu yoxdur… İnanın mənə…”

Tacxeber.com

Oxşar xəbərlər

“Azərbaycanda kimsə müstəqil iş qurub pul qazananda adamın başına olmazın müsibət gətirib, məhv edirlər” Altay Göyüşov

admin

Tehran Mənsimov 50 yaşını belə qeyd etdi – FOTOLAR

admin

Taksilərin qiyməti artıb?

redaktor