20 C
Bakı
11 Oktyabr 2026 23:19
CəmiyyətHadisə

Bulvarda gəminin batma səbəbi bəlli oldu – VİDEO

Bu gün saat 11:10 radələrində Yaxta klubdan gəzinti məqsədilə dənizə çıxan “Delfin-2” gəmisi sualtı mane ilə üzləşib və nəticədə qəza baş verib.

Bu haqda Azərbaycan Dövlət Dəniz və Liman Agentliyinin Mətbuat Xidmətinin Bakıda bulvar ərazisində gəzinti qayığının batması haqqında məlumatında qeyd olunub:

“Həmin an gəmidə üç heyət üzvü və üç sərnişin olub. Dərhal Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin operatorları FHN və Sahil Mühafizə Xidmətinə məlumat veriblər. Gəmidə olan şəxslər xilas olunub. Heç bir itki yoxdur. Hazırda hadisə ilə bağlı araşdırma aparılır”.

Tacxeber.çom

Oxşar xəbərlər

Ədəbiyyatın zirvələri ilə dövlətin prinsipləri eyni şey deyil

redaktor

Ağ Evdə “süni intellekt” zirvəsi və… tarixi səhv!

admin

“Ağılla Rusiya dərk edilməz…”

admin