28 C
Bakı
22 Avqust 2026 11:11
Cəmiyyət

Ağrıya öyrəşmişəm, dərman içmirəm” – Onkoloji xəstə ananın yaşadıqları – VİDEO

"Ağrıya öyrəşmişəm, dərman içmirəm" - Onkoloji xəstə ananın yaşadıqları - VİDEO

 

Baku TV-də yayımlanan “Qapqara” verilişinin yeni buraxılışı efirə gedib.

Verilişin budəfəki buraxılışının qonağı onkoloji xəstə Lalə Xudaverdiyeva olub.

Üç ildir xərçəngdən əziyyət çəkən Lalə qeyd edib ki, dəqiq diaqnoz qoyulana qədər olan müddət onun üçün daha ağır keçib:

“Mənə dedilər ki, onkoloji xəstəliyinin olduğu 90 faizdir. Bədxassəli olduğu bəlli olana qədər bir ay çəkdi. Həmin müddətdə çox düşünüb əziyyət çəkdim. Bədxassəli şiş olduğu deyiləndə rahatladım. Mənə əvvəlcə süd vəzi xərçəngi diaqnozu qoyuldu, süd vəzim amputasiya olundu. Daha sonra kimyaterapiyalar aldım. Hazırda müalicələrim davam edir. İndi xərçəng sümüklərimdədir”.

O, xəstəliklə mübarizəsindən danışarkən artıq ağrılara öyrəşdiyini söyləyib:

“Dualarım ağrılarıma çox kömək edir. Çox vaxt ağrıyarkən dərman istifadə etmirəm. Ağrı-acıya alışmış insan olmuşam”.

Ətraflı süjetdə:

Tacxeber.com

Oxşar xəbərlər

Yəqin ki, ona Azərbaycan tarixinin ən xəyanətkar qadını desək, yanılmarıq

redaktor

Ruslan İzzətli və Əli Zeynalın içməli su tələbinə görə “kars”a salındıqları bildirilir

admin

Qurucu nəsildən texniki nəsilə: İdeoloji istiqamətlər – Təhsil mühacirətinin 3 strateji və tarixi mərhələsi

redaktor