22.8 C
Bakı
10 İyun 2026 00:56
DünyaHadisə

Qadın uzun müddət sürən zökəmdən sonra burunsuz qalıb – FOTO/VİDEO

Qadın uzun müddət sürən zökəmdən sonra burunsuz qalıb - FOTO/VİDEO

 

İngiltərədə 49 yaşlı Liz Merser həkimlərin səhv diaqnozu səbəbindən burunsuz qalıb.

Hadisə Böyük Britaniyanın Liverpul şəhərində baş verib.

Qadın daimi burun tutulması və baş ağrıları şikayətləri ilə həkimlərə müraciət edib. Həkimlər onda zökəm olduğunu düşünüblər və müvafiq müalicə yazıblar.

“Bunun xərçəng olduğuna əmin idim, çünki burnum formasını itirməyə başlamışdı. Əvvəllər burnum tamamilə düz idi, ancaq artıq burnum yana doğru əyilir, şişir və qızarırdı”, – deyə Merser bildirib.

Xəstəyə xərçəng diaqnozu qoymaq üçün həkimlərə, demək olar ki, il yarım vaxt lazım olub. Lakin bu zamana qədər şişin ölçüləri böyüyüb və ondan ancaq burunla birlikdə qurtulmaq mümkün olub.

“Əməliyyatdan sonra özümü ilk dəfə görmək çox qorxunc idi və buna öyrəşməyim uzun sürdü”, – deyə qadın etiraf edib. (OXU.AZ)

Qadın uzun müddət sürən zökəmdən sonra burunsuz qalıb - FOTO/VİDEOQadın uzun müddət sürən zökəmdən sonra burunsuz qalıb - FOTO/VİDEOQadın uzun müddət sürən zökəmdən sonra burunsuz qalıb - FOTO/VİDEO

Tacxeber.com

Oxşar xəbərlər

Bəxtiyar Hacıyev vətəndaşlıqdan imtina müraciətini Prezident aparatına təqdim etdi.

admin

Türkiyə maraqlı xüsusiyyəti olan 155 mm-lik yeni raket hazırlayıb

redaktor

İİKK-nın sözçüsü Məhəmməd Naeini öldürüldü

redaktor