22.8 C
Bakı
10 İyun 2026 00:55
Sağlamlıq

Bu tərəvəz şəhər sakinləri üçün ən faydalı məhsuldur

 

Bədəni “yeniləmək” və xroniki intoksikasiyadan qaçınmaq üçün pəhrizinizə kələm əlavə etməlisiniz. Üstəlik kələmin istənilən növü faydalıdır.

Publika.az xəbər verir ki, bu sözləri diyetoloq Marqarita Koroleva bildirib. Onun sözlərinə görə, bu tərəvəzin tərkibindəki faydalı mikroelementlər arasında kükürd xüsusi əhəmiyyət kəsb edir, ona görə də toksinlərin təmizlənməsi üçün zəruri olan qlutatyon artır.

“Əgər siz sənaye istehsalının çox olduğu bir şəhərdə yaşayırsınızsa, orqanizmin detoksifikasiyasına diqqət yetirmək vacibdir. Bu işdə bizə glutatyon və müvafiq olaraq kükürdlü məhsullar, o cümlədən kələm kömək edəcək”, – həkim “Sputnik” radiosuna müsahibəsində deyib.

Koroleva həmçinin bildirib ki, kələm qaraciyərin fəaliyyətinə faydalı təsir göstərir, həmçinin maddələr mübadiləsini sürətləndirir.

Tacxeber.com

Oxşar xəbərlər

Şüyüdün bu faydalarını biləndə hər gün yeyəcəksiniz

redaktor

Super-qida və təbii dərman – CÜCƏRDİLMİŞ QARABAŞAQ. Faydaları və hazırlanması

redaktor

Kofe içmək xərçəng yaradır?

redaktor