Sağlamlıq

Bu tərəvəz şəhər sakinləri üçün ən faydalı məhsuldur

 

Bədəni “yeniləmək” və xroniki intoksikasiyadan qaçınmaq üçün pəhrizinizə kələm əlavə etməlisiniz. Üstəlik kələmin istənilən növü faydalıdır.

Publika.az xəbər verir ki, bu sözləri diyetoloq Marqarita Koroleva bildirib. Onun sözlərinə görə, bu tərəvəzin tərkibindəki faydalı mikroelementlər arasında kükürd xüsusi əhəmiyyət kəsb edir, ona görə də toksinlərin təmizlənməsi üçün zəruri olan qlutatyon artır.

“Əgər siz sənaye istehsalının çox olduğu bir şəhərdə yaşayırsınızsa, orqanizmin detoksifikasiyasına diqqət yetirmək vacibdir. Bu işdə bizə glutatyon və müvafiq olaraq kükürdlü məhsullar, o cümlədən kələm kömək edəcək”, – həkim “Sputnik” radiosuna müsahibəsində deyib.

Koroleva həmçinin bildirib ki, kələm qaraciyərin fəaliyyətinə faydalı təsir göstərir, həmçinin maddələr mübadiləsini sürətləndirir.

Tacxeber.com

Oxşar xəbərlər

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

redaktor

Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər

redaktor

Mədə yanmasını bir qurtumla YOX EDİR

redaktor