22.5 C
Bakı
29 İyun 2026 07:02
Cəmiyyət

Dana adı ilə camış əti satılır: Onları necə ayırd etmək olar?

 

“Son vaxtlar istehlakçılara dana əti adı ilə müxtəlif heyvanların ətləri təqdim olunur. Heyvanlar haqqında az məlumatlı insanlar çox zaman onlara təqdim edilən əti tanımaqda çətinlik çəkirlər. Bəzənsə heç ayırd edə bilmirlər. Beləcə, istehlakçılar həm qiymətdə, həm də keyfiyyətdə aldadılırlar”.

Tacxeber.com xəbər verir ki, bunu Bizim.Media-ya açıqlamasında Azad İstehlakçılar İctimai Birliyinin sədri Eyyub Hüseynov deyib.

O bildirib ki, ölkəmizdə belə hallar mövcuddur:

“Məsələn çox zaman qəssablar alıcıya dana əti əvəzinə camış əti təklif edirlər. Əslində, cavan camış əti dana ətindən daha üstündür. Çünki camış xəstəliklərə daha davamlıdır. Amma nədənsə camış əti bizdə çox az hallarda istehlak edilir.
Əvəzində bəzi işbazlar camış ətini cavan dana əti adı ilə təqdim edirlər. Camış ətini dana ətindən fərqləndirməksə çox çətindir. Camış ətinin piyləri dana ətindəki piylər kimi ağ olur. Camış əti həm də az yağlı olur, gözə daha xoş görünür. Ona görə də bəzi qəssablar istehlakçıları çox asanlıqla aldada bilirlər”.

Eyyub Hüseynov camış və dana ətlərini ayırd etməyin yolunu da açıqlayıb:

“Camışın qabırğaları nisbətən qalın, piyi ağappaq olur. Camış ətini bişirən zaman daha tez ayırd etmək olur. Belə ki, camış əti daha gec bişir, onu bəzən uzun müddət qaynatmaq lazım gəlir”.

Tacxeber.com

Oxşar xəbərlər

Fransa səfiri prezidentə, ABŞ səfirliyi AZTV-yə cavab verdi

admin

TƏBİB millət vəkilinin oğlundan 1,2 milyon manata anbar icarəyə götürdü

admin

Əvvəllər Təhsildə olan bir problemi “Facebook”da paylaşırdın həmən reaksiya verilirdi.

admin