Cəmiyyət

Xankəndidə bayrağımızın bu tarixdə dalğalanacaq – Məmmədyarov açıqladı

Xankəndidə bayrağımızın bu tarixdə dalğalanacaq - Məmmədyarov açıqladı

“Final mərhələsindəyik. Mənim üçün final mərhələ isə Xankəndi İcra Hakimiyyətinin binası üzərində Azərbaycan bayrağının qaldırılmasıdır. Məncə, bu, bir neçə günün məsələsidir”.

Tacxeber.com xəbər verir ki, bunu sabiq xarici işlər naziri Elmar Məmmədyarov Baku TV-yə müsahibəsində deyib.

Onun sözlərinə görə, reinteqrasiya adlanan yeni mərhələ başlayıb.

“Hesab edirəm ki, bu artıq sülhyaratma prosesidir, əlbəttə, o, bəsit deyil, maliyyə investisiyası tələb edir. Ancaq əsas məsələlərdən biri – azərbaycanlıların Xankəndidəki öz dədə-baba yurdlarına qayıtmalarıdır”, – deyə E. Məmmədyarov əlavə edib.

Tacxeber.com

Oxşar xəbərlər

Şimali Koreya variantına doğru daha bir addım

redaktor

Cəmil Həsənli İran səfirliyinə niyə dəvət edilib?

admin

Kim rus əlifbasının əleyhinədirsə, o rus xalqının əleyhinədir

redaktor