Cəmiyyət

“Qənirə süni nəfəs aparatındadır, heç bir reaksiya vermir” – Əmisindən üzücü AÇIQLAMA

Xəbər verdiyimiz kimi Millət Vəkili Qənirə Paşayeva komaya düşüb. O, hazırda Mərkəzi Klinikada koma vəziyyətində süni nəfəs aparatına qoşulub.

Sfera.az deputatın vəziyyəti ilə bağlı onun əmisi professor Qəzənfər Paşayevlə təkrar əlaqə saxlayıb.

O  açıqlamasında Qənirə Paşayevanın vəziyyətinin ağır olaraq qaldığını bildirib:

“Qənirə xanımın koma vəziyyəti davam edir. O hazırda süni nəfəs aparatına qoşulub və heç bir reaksiya vermir. Təzyiqində bir az irələyiş var. Dövlətimiz və həkimlərimiz Qənirə xanımın səhhəti ilə məşğuldur. İnşallah ki, düzələr. Mən bilməzdim ki, insanlarımız Qənirə xanımı bu qədər sevər. Mən buna görə çox sevinirəm. İnanıram ki, insanların bu sevgisi Qənirə xanımı xilas edəcək. “

Tacxeber.com

Oxşar xəbərlər

Qaxda kilsəyə giriş mübahisəsi: etnik gürcülər məbədə buraxılmadıqlarını bildirirlər

admin

Aparıcı Firuzə Cəlilovanın bağ evi ilə bağlı iddialara DİN-dən açıqlama.

admin

Filip de Vinter, Flamand parlamentinin üzvü

redaktor