İstanbulda xarici jurnalistlərə silahla müsahibə verdikləri müəyyənləşdirilən, cinayət qruplaşmasına üzvlükdə şübhəli bilinən şəxslərə qarşı polis əməliyyatı keçirilib.
Tacxeber.com “Habertürk”ə istinadən xəbər verir ki, noyabrın 25-də yayımlanan məlumata görə, əməliyyat zamanı 9 nəfər saxlanılıb.
İstanbul polisinin mütəşəkkil cinayətkarlıqla mübarizə əməkdaşları şübhəlilərin avtomobilin içərisində silahlarla görüntülənərək xarici mətbuat nümayəndələrinə müsahibə verməsindən sonra araşdırmaya başlayıblar. Sosial şəbəkələrdə də yayılan görüntülər əsasında onların şəxsiyyətləri və ünvanları müəyyənləşdirilib.
İstanbul Baş Prokurorluğunun koordinasiyası və kəşfiyyat bölməsinin dəstəyi ilə ünvanlarda eyni vaxtda əməliyyat keçirilib. Axtarışlar zamanı qeydiyyatsız tapança, 28 patron və üç noutbuk götürülüb.
