DünyaHadisəQalmaqal

Kadırovun oğluna başqa soyadla Serbiya pasportu verildiyi iddia olunur

Çeçenistan rəhbəri Ramzan Kadırovun oğlu Əli Kadırovun “Əli Musayev” adı ilə Serbiya vətəndaşlığı aldığı barədə araşdırma yayılıb. Çeçenistan rəsmiləri isə iddianı təkzib edirlər.

Tacxeber.com “Meduza”ya istinadən xəbər verir ki, Korrupsiyaya Qarşı Mübarizə Fondunun araşdırmasına əsasən, Əli Kadırov 2025-ci ilin iyulunda başqa soyadla Serbiya pasportu alıb.

Araşdırma müəllifləri vətəndaşlığın “Əli Ramzanoviç Musayev” adına verilmiş Rusiya pasportu əsasında rəsmiləşdirildiyini bildirirlər. Onların iddiasına görə, sənəddəki doğum tarixi və doğum yeri Əli Kadırovun məlumatları ilə üst-üstə düşür.

Çeçenistan hökuməti sədrinin müavini İlman Vahidov isə məlumatı “saxta” adlandırıb. O, Kadırovun oğlunun Serbiya vətəndaşlığı almadığını və belə bir niyyətinin də olmadığını bildirib.

Fond Serbiya hakimiyyətindən vətəndaşlığın verilməsi barədə qərarın ləğvini və pasportun geri alınmasını tələb edir.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

On iki aylıq möhlət

admin

Rusiyada yanacaq bazarında gərginlik: aviakerosin ixracına qadağa uzadıldı

admin

Tanınmış aparıcı olmaq heç kimə qanundan üstün olmaq hüququ vermir!

redaktor