33 C
Bakı
24 Avqust 2026 14:08
Sağlamlıq

Sağlamlıq üçün zərərli olan iki mürəbbənin adı açıqlanıb

Onları zərərli edən səbəb nədir?

saglamliq-ucun-zererli-olan-iki-murebbenin-adi-aciqlanib

 

“Ərik və çiyələk mürəbbəsi sağlamlıq üçün təhlükəlidir”.

Tacxeber.comxəbər verir ki, bunu diyetoloq Yevgeni Arzamastsev “Moskva 24” telekanalına müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu məhsullar tərkibində şəkərin həddən artıq yüksək olması səbəbindən orqanizm üçün təhlükə yaradır.

Mütəxəssisin dediyi kimi, şəkər istənilən mürəbbənin tərkibində çoxlu miqdarda olur. Lakin bəzi meyvə və giləmeyvələr mürəbbəni daha da şirin edir ki, bu da orqanizm üçün faydalı deyil.

“Məsələn, ərikdə çoxlu şəkər var. Ərik mürəbbəsi çox zərərli olacaq, çünki məhsulun özündə şəkər var. Əgər insan hər gün səhər və axşam belə şirin mürəbbədən istifadə edərsə, o zaman şəkərin çox olması səbəbindən çəki artımı və karbohidrat mübadiləsinin pozulması riski var”, – deyə həkim izah edib.

Tacxeber.com

Oxşar xəbərlər

Orqanizmin bərpası üçün neçə gün dincəlməliyik?

redaktor

Qarpızın həddindən artıq qəbulu bəzi insanlar üçün sağlamlıq riski yarada bilər

redaktor

Mədə yanmasını bir qurtumla YOX EDİR

redaktor