22.5 C
Bakı
29 İyun 2026 07:06
Cəmiyyət

Yevlaxda Qarabağın erməni sakinlərinin nümayəndələri ilə görüş başlayıb  – FOTO/VİDEO

 

Bu gün Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının dəvəti ilə Yevlax şəhərində Azərbaycanın Qarabağ bölgəsinin erməni sakinlərinin nümayəndələri ilə görüş keçirilir.

APA xəbər verir ki, Azərbaycanın mərkəzi hakimiyyətini görüşdə Azərbaycan Respublikasının Qarabağ bölgəsində yaşayan erməni sakinlər ilə təmaslar üzrə məsul şəxs təyin edilmiş Ramin Məmmədov, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev və xüsusi nümayəndəliyin əməkdaşı İlkin Sultanov təmsil edirlər.

Qarabağın erməni sakinlərini Sergey Martirosyan və David Melkumyan təmsil edirlər.

Rusiya sülhməramlı kontingentinin nümayəndəsi görüşə iştirakçı kimi qatılıb.

Oxşar xəbərlər

Deputatlığa namizəd Nigar Məmmədovanın DOSYESİ: İçkili halda qəza, Sahil Babayevin kadrı …

admin

“Əvvəl dövlət televiziyasında ifalara görə qonorar alırdıq, indi yoxdur” – İlqar Muradov

redaktor

Prezident: “Ermənistanın baş naziri altı saata Qranadaya uçur, amma iki-üç saata Bişkekə uça bilmir ?”

admin