22.6 C
Bakı
29 İyun 2026 08:22
DünyaGündəm

İran rejimi Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika yeridir – VİDEO

 

İran rejimi Azərbaycanla sərhədə canlı qüvvə və hərbi texnika yeridir.

Bu barədə “Azad İran” “Telegram” kanalı məlumat verib.

Məlumata görə, SEPAH-ın “Telegram” kanalı Araz çayı üzərində kəşfiyyat uçuşu həyata keçirən İran helikopterinin apardığı çəkilişin görüntülərini paylaşıb.

Paylaşılan videoda İran ərazisindən sərhədə doğru hərbi texnikanın daşındığı əks olunub.

Görüntüləri İranın Teleradio və Yayım Təşkilatının təhlükəsizlik və hərbi müxbiri Yunis Şadlunun yayımladığı bildirilib. Yunis Şadlu, həmçinin bu paylaşımına verdiyi şərhdə İranın sərhəd ölkələrinə bununla açıq şəkildə xəbərdarlıq etdiyini deyib.

Tacxeber.com

Oxşar xəbərlər

Biləsuvarda 18 kiloqram narkotik və silah-sursat aşkarlanıb – FOTO

redaktor

“Ah çəkmək” ağciyərlərin çökməsinin qarşısını alır

redaktor

Dövlət qurumları niyə göz yumublar?

admin