26 C
Bakı
24 Avqust 2026 00:57
Dünya

“İlon Mask övladlarımın fotosunu belə mənə göstərmir”

İlon Maskın keçmiş həyat yoldaşı kanadalı müğənni Qrayms amerikalı milyarderi 3 yaşlı oğulları ilə görüşməyə icazə verməməkdə ittiham edib.

Tacxeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, müğənni İlon Mask və Şivon Zilisin övladlarının fotosunu “X” hesabında paylaşan jurnalist Uolter Ayzeksona cavab verib.

“İlona deyin oğlumla görüşməyə icazə versin və ya vəkilimə cavab versin”, – deyə Qrayms paylaşıma şərh bildirib.

O, həmçinin daha əvvəl övladlarının fotosunu belə görmədiyini qeyd edib.

Qeyd edək ki, İlon Mask və Qrayms 2018-ci ildə münasibətə başlayıb. 2 ildən sonra cütlüyün oğlu dünyaya gəlib. 2021-ci ildə isə onların surroqat ana vasitəsilə qızları dünyaya gəlib. Cütlük elə həmin il ayrıldıqlarını elan ediblər.

Tacxeber.com

Oxşar xəbərlər

“Kişilər qucaqlaşır, generallar öpüşür. Bu nədir?”

redaktor

Azərbaycan və Özbəkistan: Avrasiyanın yeni strateji körpüsü

redaktor

İranda hazırkı siyasi və inzibati durum barədə…

redaktor