İdman

Aslan Kərimov “Qarabağ”ın qrupunu dəyərləndirdi: “Dişimizə uyğun rəqiblər düşdü”

 

“Səbətlərə baxsaq, dişimizə uyğun rəqiblərin düşdüyünü deyə bilərik”.

Bu sözləri Qaynarinfo-ya futbol mütəxəssisi Aslan Kərimov “Qarabağ”ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərini dəyərləndirərkən deyib.

Millimizin sabiq futbolçusu Ağdam klubunun qrupdan çıxacağını vurğulayıb: “Liverpul, “Roma”, “Ayaks”, “Vilyareal” kimi komandalar düşsəydi qrupda ilk yer uğrunda rəqabət apara bilməzdik. Xüsusilə də “Qarabağ”ın indiki vəziyyətini nəzərə almaq lazımdır. “Bayer”in Almaniya klubu olmasına baxmayaraq, ötən il “Frayburq”a qarşı Bakıda göstərdiyimiz oyun əsas verir ki, “Qarabağ” bu komandaya da qalib gələ biləcəyinə ümid edək. Digər rəqiblərə baxsaq, III səbətdən “Tuluza” da düşə bilərdi. “Tuluza” ilə müqayisədə “Molde” daha uyğun rəqibdir. Ən azından Bakıda onlardan xal ala bilərik.

İsveç təmsilçisi “Hakken”ə qarşı oyunda isə qalib gəlməliyik. Çünki həm büdcə, həm də təcrübə baxımından onlardan qat-qat öndəyik. Ümumilikdə, bu qrupda 1-2-ci yerlər uğrunda mübarizə apara bilərik. 3-cü yer isə olsa, Konfrans Liqasında iştirak edəcəyik. Ancaq düşünürəm ki, Avropa Liqasının qrupundan çıxacağıq”.

Qeyd edək ki, “Qarabağ” H qrupunda “Bayer”, “Haken” və “Molde” ilə qarşılaşacaq.

Tacxeber.com

Oxşar xəbərlər

“Beşiktaş” oyunundakı hadisələrdən sonra 16 nəfər saxlanılıb — Gürcüstan açıqlama verib

admin

Ronaldonu vida oyununa razı salmaq üçün Səudiyyə Ərəbistanına səfər?

admin

Batumda “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə: oyun yarım saat dayandırılıb

admin