DünyaHadisəMaraqlı

Sürücüsüz taksilərə yumurta hücumu: 30 hadisədə eyni şəxsdən şübhələnirlər

ABŞ-nin Denver şəhərində bir kişinin “Waymo” şirkətinin sürücüsüz taksilərinin yolunu kəsərək onlara yumurta atdığı bildirilir.

Tacxeber.com “The Washington Post”a istinadən xəbər verir ki, polis hesabatına görə, həmin şəxs əvvəlcə avtomobilini robotaksinin qarşısında saxlayır, sonra baqajdan çıxardığı narıncı yol konusları ilə onun hərəkətini əngəlləyir. Ardınca taksiyə yumurta ataraq uzaqlaşır.

“Waymo”nun araşdırma əməkdaşı şirkətin oxşar üsulla törədilmiş 30 hadisə qeydə aldığını polisə bildirib. Hadisələrin eyni şəxslə əlaqəli olduğu ehtimal edilir. Yerli prokurorluq bu davranışın qarşısını almaq üçün hüquqi tədbirləri nəzərdən keçirir.

Daha əvvəl sərnişinlər də belə hücumlarla üzləşdiklərini danışmışdılar. Onlardan biri avtomobilin ön şüşəsinə dəyən yumurtaların səsindən diksindiyini bildirib. Başqa sərnişin isə hadisənin videosunu paylaşdıqdan sonra şirkətin gediş haqqını geri qaytardığını deyib.

 

www.Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

FIFA kiberhücumu təsdiqlədi: daxili sənədlərin sızdırıldığı iddia olunur

admin

Almaniyadakı siyasi fəaliyyətinə görə Azərbaycanda ailəsinə təzyiqlər: Vüsal Hüseynov atasının ölümü və əmlakının ələ keçirilməsi barədə danışır

admin

Dünən susan dillər, bu gün nərildəyən mikrofonlar…

redaktor