23.7 C
Bakı
29 İyun 2026 01:40
İdman

“Rəqiblərimiz ciddi qəbul edilməli komandalardır” – Xabi Alonso

“Bu, asan olmayacaq. Matçlara tam məsuliyyətlə yanaşacağıq. Məqsədimiz yalnız qrupun qalibi olmaqdır”.

Tacxeber “Westdeutsche Zeitung”ə istinadən xəbər verir ki, bu sözləri Avropa Liqasının qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan Leverkuzen “Bayer”inin baş məşqçisi Xabi Alonso deyib.

Bu gün atılan püşkü dəyərləndirən ispaniyalı mütəxəssis bildirib ki, qrupun favoriti olsalar da, rəqiblər də ciddiyə alınası komandalardır: “Keçən il Avropa Liqasının yarımfinalında “Roma” ilə oyun (0:1, 0:0) ətrafında yaranan eyforiya bizi daha da diqqətli olmağa vadar edir. Bəli, biz qrupun favoritiyik, lakin rəqiblərimiz ciddi qəbul edilməli komandalardır”.

Xatırladaq ki, “Bayer” H qrupunda “Qarabağ”la yanaşı, İsveç “Hakken”i və Norveçin “Molde” klubu ilə mübarizə aparacaq. (Qol.az)

Tacxeber.com

Oxşar xəbərlər

“Neftçi” Qriqorçukla yollarını ayırdı – RƏSMİ

admin

Avropa klublarının transfer siyahısında yer alan 7 “Qarabağ”lı – SİYAHI

admin

Ronaldu “Real Madrid”ə qayıtmaq üçün minimum əməkhaqqına razıdır

redaktor