İdman

Messini qarabaqara izləyən şəxs kimdir? – VİDEO

 

Hazırda ABŞ-nin “İnter Mayami” klubunda oynayan argentinalı ulduz futbolçu Lionel Messi nəinki yaşıl meydançalardan kənarda, həm də oyun zamanı mühafizə olunur.

Tacxeber.comxəbər verir ki, onun cangüdəni təkcə futbolçunu oyundan sonra baş verə biləcək təhlükələrdən qorumur, həm də oyun zamanı onun hər addımını müşayiət edir.
Stadionun kənarında dayanan mühafizəçisi meydançanın kənarı ilə Meessinin qaçdığı istiqamətə doğru hərəkət edərək onu anbaan izləyir. Hər hansı bir təhlükə hiss etdiyi zaman isə meydana daxil olaraq futbolçunu qoruyur. O, nəinki kənar şəxslərin, hətta rəqib komandanın oyunçularının belə Leoya yaxınlaşmasına imkan vermir.

Həmin anlar sosial şəbəkələrdə paylaşılıb.

Sözügedən videonu təqdim edirik:

Tacxeber.com

Oxşar xəbərlər

Messi ardıcıl yeddinci oyunda qol vuraraq Dünya Kuboku rekordunu qırdı

redaktor

10 günə yığılan komanda Avropanı fəth etdi

redaktor

Türkiyə millisi DÇ-2026-ya qələbə ilə vida etdi, Fransa Norveçə qarşı

admin