31 C
Bakı
23 Avqust 2026 14:57
Dünya

Dünya savaşına səbəb olmuş tətikçinin kamerası

Avstriya-Macarıstan taxt-tacının vəliəhdi Frans Ferdinandı və arvadı Sofiyanı öldürməklə Birinci dünya müharibəsinin başlamasının tətikçisi olmuş Qavrilo Prinsipin Terezin həbsxanasında saxlanıldığı kamera.

Cinayət zamanı 20 yaşı hələ olmayan Prinsip imperiya qanunlarına görə həddi-büluğa çatmamış sayılırdı və bu üzdən edam oluna bilməzdi. Məhkəmə onu maksimum müddətli cəzaya – 20 illik həbsə məhkum etdi.

Qavrilo cəzasını çəkmək üçün Kiçik qaladakı zindana göndərdi. Qətl törədən zaman artıq vərəm xəstəsi olan, həbsxanada da ağır şəraitdə saxlanılan gəncin cəzasını çəkib azadlığa çıxmaq şansı yox idi. O, tətikçisi olduğu müharibənin bitməsinə yarım il qalarkən, 1918-ci il aprelin 28-də vəfat etdi.

İnternetdə bu kameranın qapısının açıq, girişin azad olduğu şəkillərə rast gəlmək mümkündür. Biz orada olanda isə üzərində Prinsipin şəkli əks olunan şüşə qapı vardı və giriş qadağan idi. Yuxarıda da Prinsip haqqında çex və ingilis dillərində məlumat yazılmış lövhə vardı.

Yadigar Sadıqlı

Tacxeber.com

Oxşar xəbərlər

“Cavab alın”: Putin Ukraynada mülki obyektlərə endirilən zərbələr barədə

redaktor

ABŞ “TikTok”u 400 milyon dollar cərimələdi – Uşaqlara görə

admin

Türkiyə–İsrail gərginliyi: Yaxın Şərqdə strateji qarşıdurmanın yeni mərhələsi

redaktor