31 C
Bakı
23 Avqust 2026 15:04
Cəmiyyət

İran istehsalı olan 15 dron Ukraynada məhv edildi

İran istehsalı olan 15 dron Ukraynada məhv edildi 

Ukrayna hərbçiləri bu gecə Rusiya ərazisindən atılan 17 kamikadze tipli pilotsuz uçuş aparatından 15-ni məhv edib.

Tacxeber.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri məlumat yayıb.

“Bu gecə Rusiya Federasiyası İran istehsalı “Şahed-136/131” pilotsuz uçuş aparatlarından istifadə edərək Ukraynaya növbəti hava zərbəsi endirib. Bu terror aktının nəticələri ilə bağlı məlumatlar hələ də dəqiqləşdirilir”, – məlumatda deyilir.

Gecə saatlarında Ukraynanın mərkəzi və qərb bölgələrində hava xəbərdarlığı elan edilib.

Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı bildirir ki, son sutka ərzində Rusiya ordusu Ukrayna ərazisinə 3 raket və 41 hava zərbəsi endirib. Dinc əhali arasında ölən və yaralananların olduğu bildirilir.

Tacxeber.com

Oxşar xəbərlər

NVIDIA məsələsi

redaktor

“Son 20 ildə Bakıya 200 milyard dollardan çox investisiya yatırılıb”

redaktor

Azərbaycan vətəndaşı Kamçatkada köməksiz vəziyyətdə qalıb

redaktor