25.3 C
Bakı
13 İyun 2026 11:19
Cəmiyyət

Zəlzələ xəbərdarlığı: Ekspert FHN-i tənqid etdi

Zəlzələ xəbərdarlığı: Ekspert FHN-i tənqid etdi

“Google yenidən Azərbaycan vətəndaşlarına “Zəlzələ xəbərdarlığı” mesajı göndərib. AMEA-nın Seysmoloji Xidmət Mərkəzi isə handan-hana bildirib ki, telefonlara gələn zəlzələ ilə bağlı məlumatın Azərbaycanla heç bir əlaqəsi yoxdur.

Tacxeber.com xəbər verir ki, bunu ekspert Osman Gündüz deyib.

O əlavə edib: “Ötən dəfə də bu haqda qeyd etmişdik ki, bu tip xəbərdarlıq sistemini Seysmoloji Xidmətin dataları əsasında FHN icra etməlidir”.

“Reallıq ondan ibarətdir ki, FHN-nin vəzifələrini Google icra edir. Google bu dataları beynəlxalq resurslardan əldə etməklə saniyələr öncə Android istifadəçilərə yönəldir. İndi görünən odur ki, Google FHN və Seysmoloji xidmətimizlə dirəşib ki, bəlkə bu xəbərdarlıq sistemini quralar. Xatırladıram ki, Azərbaycan bəlkə də yeganə ölkələrdən ola bilər ki, “112 Mobil Xilasedici” resursu yoxdur.

Nəhəng resurslara malik olan FHN dəfələrlə cəhd etsə də, bu faydalı mobil xəbərdarlıq və ilkin yardım sistemini ortaya çıxara bilməyib. Çox təəssüfləndirici bir vəziyyətdir. Ümid edək, bəlkə də Google bir-iki dəfə də belə xəbərdarlıq mesajları versə FHN və Seysmoloji Xidmət nəhayət ki, belə bir mobil xəbərdarlıq sistemini qura biləcəklər”.

Tacxeber.com

Oxşar xəbərlər

Elnarə Qasımova: “Ölkədə vətəndaşların hüquqları necə pozulursa, Təcridxanada saxlanılan şəxslərin hüquqları da elə tapdalanır”

admin

Xankəndi stadionunda yenilik: “Qarabağ” oyunlara başlayır?

admin

İşdən çıxarılan müəllim “yeni iş” tapdı

redaktor