28 C
Bakı
11 Avqust 2025 21:35
Dünya

Türkiyəli jurnalistlər ermənilərin “humanitar” şousunu izlədi

 

İşğaldan azad olunan ərazilərdə səfərdə olan Türkiyənin media nümayəndələri Zəngilandan sonra Laçına gəliblər.

Əvvəlcə onlar Laçın dövlət-sərhəd buraxılış məntəqəsinə baş çəkiblər. Ermənilərin dövlət sərhəd-buraxılış məntəqəsindən keçidini izləyən qonaqlar daha sonra Laçın şəhərinə yola düşüblər.

Qeyd edək ki, türkiyəli jurnalistlər ermənilərin Laçın dövlət sərhəd-buraxılış məntəqəsindən keçidi zamanı bütün prosedurları izləyiblər. Keçid məntəqəsində ermənilərin qaydalara uyğun olaraq yoxlanıldıqdan sonra keçidi təmin edilib. Gün ərzində 20 nəfər erməni əsilli vətəndaş Ermənistan istiqamətinə keçib.

Həmçinin onlar Ermənistan tərəfində yük maşınlarının dayandırılmasını və bununla da Ermənistanın siyasi şou yaratmaqla təxribata əl atmasının da şahidi olublar. Qardaş ölkənin media nümayəndələri bunu açıq-aşkar sərhəd-keçid məntəqəsindən müşahidə ediblər.

Tacxeber.com

Oxşar xəbərlər

Kobaxidze Borrellin Gürcüstanı Moldova ilə müqayisə etməsini təhqir ADLANDIRDI

redaktor

Tramp çətin seçim QARŞISINDA – İrana hücum planı ilə bağlı MÜƏMMALI VƏZİYYƏT

redaktor

Bu ölkənin bir neçə saatlıq 2 PREZİDENTİ OLUB

redaktor