28 C
Bakı
30 İyul 2026 00:11
GündəmKriminalQalmaqalSiyasət

Bu ölkədə “öldürərəm” deməklə öldürməyin cəzası eynidir

Bildiyiniz kimi, Bakı Ağır cinayətlər məhkəməsi Azər Qasımlını 12 azadlıqdan məhrum etdi. Guya Azər özünə borclu olan adama hədə-qorxu gələrək pulunu tələb edibmiş.

Bayaq bir məlumata rast gəldim. 15 yaşında qaçırdığı qızı bir il sonra öldürən Sabirabad sakininə Lənkəran Ağır cinayətlər məhkəməsi 10 il 6 ay cəza kəsibmiş. Şirvan Apellyasiya məhkəməsi qərarla razılaşmayıb ki, müttəhimin cinayət zamanı “xüsusi plan hazırlaması, qurbanın yalvarışlarına baxmayaraq, amansız rəftar edib 20 dəqiqə müddətində onu boğması, daha sonra cinayət əməlini gizlətmək üçün qadını Kür çayına atması təqsirləndirilən şəxsin daha qəddar və amansız olmasını göstərir” və onun cəzasını ağırlaşdıraraq… 12 il edib.

Azərin siyasi mövqeyinə görə cəzalandırılmasını bir kənara qoysaq belə, alınan mənzərə belədri: bu ölkədə “öldürərəm” deməklə amansız öldürməyin cəzası eynidir.

 

Yadigar Sadıqlı

Tacxeber.com

Bizimlə əlaqə: [email protected]

Oxşar xəbərlər

Paşinyan Putinə meydan oxudu

redaktor

Azad söz təhqir hüququ deyil

redaktor

Hikmət Hacıyevin bir cümləsi üzərində düşüncələr

redaktor