31 C
Bakı
13 Avqust 2026 18:05
Hadisə

Azyaşlı uşaq 9-cu mərtəbənin pəncərəsinə çıxdı – VİDEO

 

Dağıstanda azyaşlı uşağın pəncərəyə çıxması, insanları təşvişə salıb.

Tacxeber.com xəbər verir ki, hadisə səhər saat 5-də Kaspiyskdə baş verib.

Belə ki, binanın qapıçısı olan qadın 9-cu mərtəbədə kondisionerdə bir qız görüb və bütün evi və bütün xidmətləri ayağa qaldırıb.

Bir mərtəbə aşağıda, uşağın həyatının sığortası üçün xilasedicilərin əməkdaşları dayanıb, digəriləri mənzilə daxil olub. Sakinlər isə hər ehtimala qarşı küçədə adyal ilə gözləyiblər.

Uşağın valideynləri evdə olmayıb. Mənzildə yalnız körpənin yaşça bir az böyük bacısı olub. Qız uzun müddət qapını yad adamlara açmağa qorxub. Sonucda xilasedicilər içəri girərək uşağı pəncərədən götürüblər.

Ailə ilə bağlı araşdırılma aparılır.

 

Oxşar xəbərlər

Təcridxanada həkim: “Bunu sənə verməyə ixtiyarımız yoxdur”

admin

Niyə bu qədər adam dənizdə boğulur?

redaktor

Ailəsi: “Ələsgər Məmmədli təcridxanada yenidən ürək tutması keçirib”

admin