22.8 C
Bakı
10 İyun 2026 01:10
DünyaGündəm

Zelenski: Ukrayna işğal olunan ərazilərindən imtina etməyəcək – VİDEO

Ukrayna işğal olunan ərazilərindən hüquqi olaraq imtina etməyəcək və onları geri qaytarmaq üçün diplomatik yollar axtaracaq.

Tacxeber.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “NBC News”a müsahibəsində deyib.

“Hüquqi olaraq biz işğal olunmuş ərazimizi Rusiya ərazisi kimi tanımayacağıq. Biz bunu heç vaxt etməyəcəyik”, – Zelenski deyib.

Onun sözlərinə görə, Ukrayna ərazilərin qaytarılmasının diplomatik yolunu müzakirə etməyə hazırdır, xüsusən də ona NATO-ya üzvlük zəmanəti verilərsə.

Dövlət başçısı həmçinin bildirib ki, o, hələ də Ukraynanın müharibədə hərbi yolla qalib gəlməsinin mümkün olduğuna inanır.


Tacxeber.com

Oxşar xəbərlər

Sülhməramlılar azərbaycanlı jurnalistlərə mane olmaq istədi – VİDEO

admin

Vladimir Georgiyev: “Qarabağın azad edilməsi miqrantlar üçün yeni biznes imkanları açır”

redaktor

Azərbaycan efirində şok: Aparıcı müğənnini efirdən qovdu (VİDEO)

admin