32 C
Bakı
22 Avqust 2026 20:37
Dünya

“Biz mütləq qalib gələcəyik” – Zelenski İlan adasında (VİDEO)

 

“Biz mütləq qalib gələcəyik” - Zelenski İlan adasında (VİDEO)

Ukrayna Prezidenti Volodimir Zelenski İlan adasına səfər edib.

Tacxeber.com Qafqazinfo”ya istinadən xəbər verir ki, bunu əks etdirən görüntülər dövlət başçısının teleqram kanalında paylaşılıb.

Zelenski bildirib ki, artıq Rusiyanın hücumundan 500 gün keçir: “Bu, Qara dənizimizin ortasında kiçik bir torpaq parçası olsa da, Ukraynanın öz ərazisinin hər bir hissəsini geri alacağına böyük sübutdur! Biz mütləq qalib gələcəyik”.

Dövlət başçısını müşayiət edənlər arasında Ukrayna Prezidenti Ofisinin başçısı Andrey Yermak da olub.

Xatırladaq ki, Qara dənizdə yerləşən Ukraynaya məxsus İlan adası Rusiyanın Ukraynaya hücumunun ilk günlərində tutulmuşdu. 2022-ci ilin iyun ayında isə ada Ukrayna qüvvələri tərəfindən azad olunub.


Oxşar xəbərlər

Azərbaycan vətəndaşı Kamçatkada köməksiz vəziyyətdə qalıb

redaktor

Medvedev müharibəni tərk edən və əleyhinə çıxış edən rusları “xainlər” və “əclaflar” adlandırdı

redaktor

Trampın uydurma telefon diplomatiyası

redaktor