23 C
Bakı
27 Sentyabr 2026 19:28
DünyaGündəm

Putin hakimiyyətdən gedir – “Yeni planlar hazırlanır”

“Ukraynanın uğurlu​ əks-hücumları Kremllə ordu arasında böhranı dərinləşdirir. Həmçinin Federal Təhlükəsizlik Xidməti ilə Müdafiə Nazirliyi arasında çəkişmələr siyasi elitanı parçalamaqdadır”.

​

Bunu Bakupost.az -a politoloq Məhəmməd Əsədullazadə deyib.

O bildirib ki,​ “Vaqner” özəl hərbi şirkətinin rəhbəri Yevgeni Priqojinin silahlı qiyamından sonra Putinin dayaqları xeyli zəifləyib. Ordunun uğursuz hərbi əməliyyatları onun siyasi nüfuzuna zərbə vurub. Rusiya daxilində təhlükəsizliyin zəif olduğu və xalqın prezidenti dəstəkləmədiyi üzə çıxıb. Ona görə də FTX-nın Müdafiə Nazirliyinin rəhbərliyinə qarşı yeni əməliyyatlar aparması mümkündür:

“Hakimiyyəti əlində saxlayan FTX Müdafiə Nazirliyinin uğursuz döyüş əməliyyatlarından məmnundur. Çünki Müdafiə Nazirliyi də hakimiyyət uğrunda mübarizədə öz iddialarını ortaya qoya bilərdi. Prezident Putinin hakimiyyəti xeyli zəifləyib və onun hakimiyyətdən getməsi üçün yeni planlar hazırlanır”.

Tacxeber.com

Oxşar xəbərlər

Tarix şahiddir: Azərbaycan hər zaman Türkiyənin yanında olub

redaktor

Emosiya yox, faktlar: Türkiyə qardaşlarımıza izah

redaktor

Azərbaycanın müstəqil xarici siyasəti müzakirə mövzusu deyil, dövlət marağının tələbidir

redaktor