Sağlamlıq

Yatmazdan əvvəl çörək yemək zərərlidir? – Diyetoloq açıqladı

Çörəyi nə vaxt yedikdə orqanizmə zərər verməz…

yatmazdan-evvel-corek-yemek-zererlidir

 

“Yatmazdan əvvəl çörək yemək vərdişi əlavə çəkiyə səbəb ola bilər”.

Tacxeber.comxəbər verir ki, bunu diyetoloq Elena Solomatina “Moskva 24” telekanalına bildirib.

Onun sözlərinə görə, axşam, hətta gecələr çörək yeməmək məsləhətdir, çünki karbohidratlı məhsulla orqanizm enerji alır, hanısı ki, onu yedikdən sonra sərf etməlidir.

Gecələr yatdığımız üçün aktiv deyilik. Əgər enerji sərf edilməsə, o, yağ kimi depolanacaq və biz əlavə çəki alacağıq”, – diyetoloq izah edib.

Mütəxəssis kilo almamaq üçün səhər və günortadan sonra çörək yeməyi tövsiyə edib. Beləliklə, insan axşama qədər yeməklə aldığı enerjini sərf etməyə vaxt tapacaq. Bu vəziyyətdə, bütün taxıllı çörək növlərinə üstünlük vermək  olar.

Tacxeber.com

Oxşar xəbərlər

Yuxusuzluq nələrə səbəb olur?

admin

Səhər oyanan kimi bunu edənlər möcüzəyə şahid olacaq

redaktor

Uzunömürlülüyün sirri: hər dərdin çarəsi bu qidadır.

admin