22.6 C
Bakı
29 İyun 2026 08:28
Cəmiyyət

Dərman qiymətləri həddindən artıq bahadır, ciddi işlər görülməlidir – Deputat

 

Büdcəyə dəyişiklikləri Qarabağ və Şərqi Zəngəzur büdcəsi kimi qiymətləndirilməlidir və bu, faktiki olaraq belədir.

Tacxeber.com xəbər verir ki, bunu deputat Fazil Mustafa Milli Məclisin növbədənkənar iclasında 2023-cü il büdcəyə dəyişikliklərin müzakirəsi zamanı deyib.

Onun sözlərinə görə, büdcəyə əlavələr əsasən işğaldan azad olunmuş ərazilərin yenidən bərpası üçün nəzərdə tutur.

“Bu da təqdir olunasıdır. Bu vəsait Qarabağın və Şərqi Zəngəzurun dirçəldilməsinə yönəldilir. O baxımdan biz bunu Qarabağ və Şərqi Zəngəzur büdcəsi kimi qiymətləndirməliyik”, – deputat qeyd edib.

O əlavə edib ki, aztəminatlı təbəqənin də sosial müdafiəsi istiqamətində ciddi addımlar atılmalıdır: “Xüsusən də dərmanların qiymətinin tənzimlənməsi istiqamətində. Bu gün dərman qiymətləri həddindən artıq bahadır və sosial təminatı az olan insanların dərman almağa imkanı çatmır. Dərmanların da qiymətinin endirilməsi istiqamətində ciddi işlər görülmür. Bu sahəyə diqqət yetirmək lazımdır”, – o qeyd edib.

Tacxeber.com

Oxşar xəbərlər

Kartından oğurluq edilən tanınmışa bankın cavabı: Ola bilər ki… – VİDEO

redaktor

Vahid Əhmədov: “Ermənistan rəhbərliyi kölgədə gizlənib, hamısını Rusiya sülhməramlılarının üstünə atıb, amma arxada bütün işlərini görür..”

redaktor

Azərbaycanda XÜSUSİ ƏMƏLİYYAT: mütəşəkkil dəstənin 19 üzvü tutuldu – VİDEO

admin