Dünya

İran prezidentinin dəstəyi etirazlara səbəb oldu

 

İran Prezidenti İbrahim Rəisinin İndoneziyanın 12 xəstəxanasına tibbi ləvazimatlar və texnologiya vasitələri göndəriləcəyi ilə bağlı bəyanatı etirazlara səbəb olub.

Tacxeber.com xəbər verir ki, iranlı tibb işçiləri acınacaqlı durumda olan İran xəstəxanalarından paylaşımlar edərək Rəisini daxili xəstəxanalara da diqqət ayırmağı tələb ediblər.

Onlar paytaxt Tehrandakı “Rəsul Əkrəm”, “İmam Xomeyni”, “Lolagər”, “Torfə”, “Sina”, “Şühədayi Yaftabad”, “Buəli”, “Fəyyazbəxş” və başqa xəstəxanaların ibtidai tibbi imkanlardan məhrum olduğunu bildiriblər.

Qeyd edək ki, İran xəstəxanalarının köhnəlməsi ilə yanaşı, son illərdə tibb işçilərinin, xüsusən də tibb bacılarının maaşlarının ödənilməməsi səhiyyə işçilərinin region ölkələrinə genişmiqyaslı miqrasiyasına səbəb olub.

Tacxeber.com

Oxşar xəbərlər

Batumda “Beşiktaş” azarkeşlərinə bibər qazı ilə müdaxilə: oyun yarım saat dayandırılıb

admin

BBC-də yəhudi əməkdaşlara ayrı-seçkilik iddiaları araşdırılacaq

admin

Filip de Vinter, Flamand parlamentinin üzvü

redaktor